Tanınmış aparıcı Amerikadakı stüardessalar haqqında: “Sanki qocalar evinin “vıpusknoyundan” qaçıblar”
Tanınmış teleaprıcı Azər Qərib Amerika Hava Yollarının daxili reysini tənqid edib.
1news.az xəbər verir ki, aparıcı ABŞ-ın xixdmət keyfiyyətinin yüksək olan hava yolu şirkətinin olmadığını bildirib.
Onun sözlərinə görə, 10 il bundan əvvəl gördüyü mənzərə indi də eynidir:
“O boyda dövlətin bir dənə də olsun Asiya və Şərqin tanınmış aviaşirkətlərinin səviyəsində aviaşirkəti yoxdur. Halbuki mənim təssəvürümdə, əgər Amerika dünyanın ən əzəmətli ölkəsidirsə, onun ən azı bir dənə super-puper aviaşirkəti olmalıdır.
Beləliklə, Bakıdan Nyu-Yorka qədər AZAL ilə getdim, Sonra isə Bahama və Mayamiyə oranın şirkətləri ilə yollandım.
Əlbəttə, mən təyarələrin təzəliyini, müasir qeydiyat sistemini, hava limanlarında servisi nəzərdə tutmuram, bunların hamısı var. Düzdür, kontrolda çəkmələri istənilən halda çıxarmalısan, çünki bizim aeroptdaki ayaqqabı yoxlayan cihazlardan gözümə dəyən olmadı, lakin təhlükəsizlik naminə buna iradım yoxdur.
Amma bəzi şeylər adamı təcübləndirir. Məsələn, təfil verdiyin baqaj pulludur, 25 dollar verməlisən, uçuş zamanı yemək istəsən, o da pulnandır, sıraların arasındaki məsafə balacadır, elə bil lou-kost təyarəsidir, üstəlik də xanım bələdçilər sanki qocalar evinin vıpusknoyundan qaçıblar, hamısı ağbirçək, adam özü qulluq etmək istəyir onlara”.
A.Qərib transatlantik uçuşlarında vəziyyətin fərqli ola biləcəyini istisna etmir.
Fərid Ədalət