Millimiz Makedoniyadan revanş aldı | 1news.az | Xəbərlər
Futbol

Millimiz Makedoniyadan revanş aldı

20:35 - 13 / 04 / 2017
Millimiz Makedoniyadan revanş aldı

19 yaşadək futbolçulardan ibarət millimiz bu gün növbəti yoxlama oyunu keçirib.

1news.az-ın məlumatına görə, komandamız növbəti dəfə makedoniyalı həmyaşıdları ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən görüşdə millimiz qələbə qazanıb – 1:0.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutan ilk oyunda Makedoniya millisi 1:0 hesabı ilə qələbə qazanmışdı.

Yoldaşlıq oyunu

Azərbaycan (U-19) – Makedoniya (U-19) - 1:0

Qol: Doğukan Öksüz

Baş hakim: Ziya Nəsirov

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Zeynal Zeynalov

Dördüncü hakim: Emin Nağıbəyov

1news.az

Paylaş:
635

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər