Arvadını ütü ilə yandırıb zorlayan kişi istəyinə nail ola bilmədi – FOTO
İki il öncə hamilə arvadını ütü ilə yandıraraq işgəncə verməklə zorlayan Rüfət Mehdiyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 2015-ci ildə Sabnçu rayonu Zabrat qəsəbəsində baş verib.
R.Mehdiyev arvadı Aliyə Mansurovanı hamilə olarkən döyüb, ütü ilə bədənin müxtəlif nahiyələrini yandırıb, sonra isə qadının razılığı olmadan onunla intim əlaqədə olub.
O, Cinayət Məcəlləsinin 133.2.2-cü (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə), 149.1-ci (zorlama), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), və 182.3.2-ci (zor tətbiq etməklə hədə qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə R. Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Mehdiyev hökmdən apellyasiya şikayəti verib. İş icraata götürülüb və hakim Vaqif Mirsaqulovun sədrliyi ilə aprelin 12-də keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.
1news.az