Çempionlar Liqasının rəmzi komandası açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasının rəmzi komandası açıqlanıb

23:43 - 13 / 04 / 2017
Çempionlar Liqasının rəmzi komandası açıqlanıb

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının rəmzi komandası müəyyənləşib.

1news.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Canluici Buffon (“Yuventus”)

Müdafiəçilər: Filipe Luis, Dieqo Qodin (hər ikisi “Atletiko”), Aleks Sandro, Corcio Kyellini, Leonardo Bonuççi (hamısı “Yuventus”)

Yarımmüdafiəçilər: Şinji Kaqava (“Borussiya”, Dortmund), Kilian Mbappe (“Monako”)

Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Kriştianu Ronaldo (“Real”), Paulo Dibala (“Yuventus”)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarında “Yuventus” “Barselona”nı 3:0, “Real” “Bavariya”nı 2:1, “Monako” “Borussiya”nı (Dortmund) 3:2, “Atletiko” isə “Lester”i 1:0 hesabı ilə məğlub edib.

1news.az

Paylaş:
839

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər