Azərbaycanlı səyyah Himalayı fəth etdi – FOTO
Azərbaycanlı səyyah, tanınmış fotoqraf Lyokin (Lyokin Photography) dünyanın ən hündür dağ sistemi olan Himalaya səyahət edib.
1news.az “azvision.az”a istinadən xəbər verir ki, Everstin ətəyində yerləşən baza düşərgəsinə qədər səfər etmiş fotoqraf hündürlüyü dəniz səviyyəsindən 5650 metr olana Kala-Patxar zirvəsindən Everest, Lxotsze, Nuptsze zirvələrinin və Kxumbu buzlağının şəkillərini çəkib.
Dünyanın ən hündür zirvəsində Azərbaycanın brendi olan “ASAN xidmət”in bayrağı dalğalandırılıb.
Pərvanə Sultanova
939