Məsuliyyətdən yayınmaq istəyən sürücü: “Kasıb uşaqlarıq, özümüz almışıq” - VİDEO
Bakıda Dövlət Yol Polisinin əməkdaşları qanunsuz sərnişin daşıyan taksi və mikroavtobus sürücülərinə qarşı reyd keçirib.
1news.az “Report”a istinadən xəbər verir ki, reyd metronun "20 yanvar" stansiyasının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşən postunda və Sumqayıt şəhəri ərazisində baş tutub.
Metronun "20 Yanvar" stansiyasının yaxınlığına istismar müddəti bitmiş, həmçinin sərnişindaşıma qaydalarını pozan mikroavtobus sürücüləri saxlanılıb. Sürücülərin əksəriyyəti bəhanə gətiərərək şirkətə məxsus avtomobil olduqlanı bildirib. Ancaq yol polis əməkdaşları onların şirkət əməkdaşı olmadılqarını aşkarlayıb.
Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev jurnalistlərə bildirib ki, istənilən halda Sumqayıtdan Bakıya və yaxud əksinə sərnişindaşıma qaydaları qanunauyğun şəkildə aparılmalıdır. Yəni, sərnişin daşıyan mikraoavtobuslar avtovağzaldan sərnişini avtovağzala çatdırmalıdır.
Çəkiliş zamanı bir neçə taksi və mikroavtobusun istismara yararsız olduğu və yaxud fərqlənmə nişanı olmadan fəaliyyət göstərdiyi də aşkarlanıb.
1news.az