AİDA direktoru Cibutinin səhiyyə naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

AİDA direktoru Cibutinin səhiyyə naziri ilə görüşüb

15:49 - 14 / 04 / 2017
AİDA direktoru Cibutinin səhiyyə naziri ilə görüşüb

Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okiehin ölkəmizə səfəri çərçivəsində onunla görüş keçirib. XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüş zamanı Ə.Şıxəliyev AİDA-nın İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası haqqında qonaqlara məlumat verib.

Tərəflər bu kampaniyanın Cibuti üçün əhəmiyyəti və Azərbaycanın töhfəsinin artırılmasına dair müzakirələr aparıblar. Bununla yanaşı, görüş çərçivəsində Cibuti xalqına səhiyyə sahəsində göstərilən xidmətlərin yüksəldilməsi məqsədilə Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər