Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəldi | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəldi

19:32 - 14 / 04 / 2017
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəldi

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

1news.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.

O, səslərin 57 faizini toplayıb. Paulo Dibala (“Yuventus”) 2-ci, Kilian Mbappe (“Monako”) 3-cü olub.

Qeyd edək ki, Ronaldo ÇL-in 1/4 finalının “Bavariya” ilə ilk oyununda dubl edərək komandasına 2:1 hesablı qələbə qazandırıb.

1news.az

Paylaş:
835

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər