Naxçıvanda 1202 tarix və mədəniyyət abidəsi pasportlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda 1202 tarix və mədəniyyət abidəsi pasportlaşdırılıb

21:07 - 14 / 04 / 2017
Naxçıvanda 1202 tarix və mədəniyyət abidəsi pasportlaşdırılıb

AMEA Naxçıvan Bölməsində tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işləri davam etdirilir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən 1news.az-a verilən məlumata görə, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının 2006-cı ildən etibarən apardıqları tədqiqatlar zamanı bu günə kimi Naxçıvan ərazisində 1202 tarix və mədəniyyət abidəsi müəyyənləşdirilib və toplanılan məlumatlar əsasında onların pasport-qeydiyyat kartı hazırlanıb.

Naxçıvanın qədim, orta əsr və müasir tarixini öyrənmək üçün çox dəyərli mənbə olan bu abidələrdən 57-si dünya, 485-i ölkə, 660-ı yerli əhəmiyyətlidir ki, bunların da 825-i ilk dəfə olaraq tarixçi alimlərimiz tərəfindən aşkar olunub.

Qeyd edək ki, aparılan arxeoloji tədqiqatların nəticəsi olaraq bir sıra dəyərli kitablar nəşr edilib, yüzlərlə məqalələr işıq üzü görüb. Həmçinin Naxçıvanın abidələri ilə bağlı saytlar yaradılıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Babək Cahandarov

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər