Xristian dünyası Pasxa bayramını qeyd edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xristian dünyası Pasxa bayramını qeyd edir

14:15 - 16 / 04 / 2017
Xristian dünyası Pasxa bayramını qeyd edir

Bu gün xristian dünyası Pasxa bayramını qeyd edir.

1news.az APA-ya istinadən xəbər verir ki, Pasxa xristian dünyası üçün ən vacib dini bayramdır və İsa peyğəmbərin dirilişinə həsr edilib.

Katoliklər, lüteranlar və pravoslavlar hər il Pasxa bayramını müxtəlif tarixlərdə qeyd edirlər, çünki bayramların tarixinin hesablanması prinsipləri fərqlidir. Nadir hallarda bütün xristianların bu bayramı eyni gündə qeyd etməsinə rast gəlinir.

Bu il də bütün xristian dünyası - katoliklər, lüteranlar və pravoslavlar eyni gündə, aprelin 16-da bu dini bayramı qeyd edirlər.

1news.az

 

Paylaş:
1392

Son xəbərlər

Bütün xəbərlər