Prezident İlham Əliyev Yevlaxda Heydər Əliyevin abidəsini ziyarət edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Yevlaxda Heydər Əliyevin abidəsini ziyarət edib

18:03 - 16 / 04 / 2017
Prezident İlham Əliyev Yevlaxda Heydər Əliyevin abidəsini ziyarət edib

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Azərbaycan Prezidentinə məlumat verdi.

Bildirildi ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, yeni istehsal müəssisələri yaradılıb.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər