“Baku 2017”nin futbol yarışlarının təqvimi dəqiqləşdi | 1news.az | Xəbərlər
Futbol

“Baku 2017”nin futbol yarışlarının təqvimi dəqiqləşdi

17:23 - 17 / 04 / 2017
“Baku 2017”nin futbol yarışlarının təqvimi dəqiqləşdi

İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının təqvimi dəqiqləşib.

1news.az apasport.az-a istinadən xəbər verir ki, yarışın Əməliyat Komitəsindən verilən məlumata görə, mayın 8-də start götürəcək yarışın ilk oyunu saat 10:30-da olacaq.

Açılış matçında Səudiyyə Ərəbistanı ilə Mərakeş üz-üzə gələcək. Bu komandalarla eyni qrupda yer alan Azərbaycan yığması bütün qarşılaşmalarına günün sonunda çıxacaq. Yaşar Vahabzadənin yetirmələrinin görüşləri saat 18:30-da başlanacaq. Bütün oyunlarımız isə “Bayıl Arena”da baş tutacaq.

Ümumilikdə, qrup matçları bu arena və “AZAL Arena”da keçiriləcək. Yarımfinalları “Dalğa Arena”, medal görüşlərini isə Tofiq Bəhramov adına Respublika stadionu qəbul edəcək.

Final mayın 21-də saat 20:00-da olacaq.

A qrupu

Azərbaycan

Səudiyyə Ərəbistanı

Mərakeş

Kamerun

 

B qrupu

Türkiyə

Əlcəzair

Fələstin

Oman

 

8 may

10:30. Səudiyyə Ərəbistanı – Mərakeş (AZAL Arena_

12:30. Əlcəzair – Türkiyə (Bayıl Arena)

16:30. Fələstin – Oman (AZAL Arena)

18:30. Azərbaycan – Kamerun (Bayıl Arena)

11 may

10:30. Oman – Türkiyə (AZAL Arena)

12:30. Kamerun - Mərakeş (Bayıl Arena)

16:30. Fələstin – Əlcəzair (AZAL Arena)

18:30. Azərbaycan – Səudiyyə Ərəbistanı (Bayıl Arena)

15 may

12:30. Oman – Əlcəzair (AZAL Arena)

12:30. Türkiyə - Fələstin (Bayıl Arena)

18:30. Kamerun – Səudiyyə Ərəbistanı (AZAL Arena)

18:30. Mərakeş – Azərbaycan (Bayıl Arena)

18 may

12:30. A2 – B1 (Dalğa Arena)

18:30. A1 – B2 (Dalğa Arena)

21 may

14:00. 3-cü yer uğrunda

Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. Final

Tofiq Bəhramov adına Respublika Stadionu

Fərid Ədalət

Paylaş:
1806

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər