Bakıda çəyirtkələrlə bağlı seminar keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda çəyirtkələrlə bağlı seminar keçirilir

17:56 - 17 / 04 / 2017
Bakıda çəyirtkələrlə bağlı seminar keçirilir

Bu gün Bakı şəhərində “Çəyirkələrin monitorinqi və məlumat mübadiləsi” üzrə seminar öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı”na (GCP/SEC/004/TUR layihəsi) müvafiq olaraq təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələdirmə Ofisinin rəhbəri Mələk Çakmak, FAO-nun beynəlxalq məsləhətçiləri – çəyirtkələr üzrə baş məsləhətçi Aleksandr Laçıninskiy, coğrafi informasiya sistemləri üzrə ekspert Nadiya Muratova və  Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi C.Quliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə danışıb və son illər çəyirtkəkimilərə qarşı görülən aqrotexniki və kimyəvi mübarizə tədbirləri barədə məlumat verib.

Xidmət rəisi aparılan mübarizə tədbirləri nəticəsində kənd təsərrüfatı bitkilərinin qorunmasında, adıçəkilən zərərvericilərin zərərsizləşdirilməsində və məhv edilməsində əldə edilmiş müsbət nəticələr barədə danışıb və təlimin kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericisi olan çəyirtkəkimilərin idarə edilməsində, erkən xəbərdarlıq və çevik  müdaxilə proqnozlarının hazırlanmasında önəmli rol oynayacağını qeyd edib. 

Azərbaycanın kənd təsərrüfatı sahəsində güclü potensiala malik olduğunu söyləyən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələdirmə Ofisinin rəhbəri M.Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə məlumat verib. Mələk Çakmak, bitkilərin zərərvericilərdən qorunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb. 

Beynəlxalq məsləhətçi A.Laçıninskiy iştirakçıları təlimin iş planı ilə tanış edib.

Seminarda nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verilib. 

Qeyd edək ki, aprel ayının 22-nə kimi davam edəcək təlim sessiyasında zərərverici əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyitkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndirilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaşdırılması, məlumat toplanmasının avtomatlaşdırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçiriləcək.

Praktiki vərdişləri aşılamaq üçün zərərvericinin çoxalması mənbələrində tarla təcrübəsi və çəyirtkələr üzrə müasir müayinə üsulları nümayiş olunacaq. Təlim çəyirtkələrə dair statistik informasiyanın daxil olunması üçün interfeys və coğrafi informasiya sistemi məhsullarının yaradılması ilə yekunlaşacaq.

Babək Cahandarov

 

Paylaş:
603

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər