Üç güləşçimiz Qazaxstanda keçirilən beynəlxalq turnirdə iştirak edəcək | 1news.az | Xəbərlər
İdman

Üç güləşçimiz Qazaxstanda keçirilən beynəlxalq turnirdə iştirak edəcək

21:18 - 17 / 04 / 2017
Üç güləşçimiz Qazaxstanda keçirilən beynəlxalq turnirdə iştirak edəcək

20-22 aprel tarixlərində Qazaxstanın Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edəcək. 

Məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparacaq.

1news.az

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər