Unibank biznes sahibləri üçün mobil əlavəni təqdim edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank biznes sahibləri üçün mobil əlavəni təqdim edib

15:25 - 18 / 04 / 2017
Unibank biznes sahibləri üçün mobil əlavəni təqdim edib

Unibank Azərbaycan bank xidmətlərində bir ilkə imza atıb.

Bank fərdi sahibkarlar üçün Unibank Mobile BUSİNESS əlavəsini istifadəyə verib. Bu isə o deməkdir ki, Unibank müştərisi olan fərdi sahibkarlar istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə edə biləcəklər. Bu xidmət bankın müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, 24/7 Unibank-dakı hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.

Unibank Mobile BUSİNESS fərdi sahibkarlara hansı imkanları yaradacaq?

- Kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi;

- Kartlar, hesablar, depozit və kreditləri ilə bağlı istənilən məlumatı almaq;

- Kart və hesab üzrə çıxarışın əldə edilməsi;

- Kartlar və hesablar arası köçürmələr, Unibankın digər müştərisinə köçürmələr etmək;

- Kredit, kommunal, internet və digər  ödənişlərin həyata keçirilməsi;

- Bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq;

- Valyuta kurslarından xəbərdar olmaq;

- Günün istənilən vaxtı banka məktub yazmaq.

Yaxın günlərdə Unibank Mobile BUSİNESS daha da təkmilləşəcək. Fərdi sahibkarlar vergi, gömrük rüsumlarını və DSMF-yə ödənişlərini də bu mobil əlavə ilə edə biləcəklər.

Unibank Mobile BUSİNESS-lə istənilən yerdə işinizin başında olun!

Unibank Mobile BUSİNESS  İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibank-ın mobil bank xidmətini bu linkdən http://onelink.to/um-business yükləyə bilərsiniz.

Fərdi sahikarlar Unibank Mobile BUSİNESS mobil əlavəsinə Asan İmza vasitəsi ilə və Unibank-ın filiallarında qoşula biləcəklər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile  – Bankdan daha yaxın!

Unibank - hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Paylaş:
697

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər