İlk yarımfinalçılar müəyyənləşir: “Bavariya” “Real”a, “Atletiko” “Lester”ə qarşı
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
1news.az-ın məlumatına görə, ilk oyun günündə “Real” – “Bavariya” və “Lester” - “Atletiko” oyunları keçiriləcək.
Münhendə keçirilən ilk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn “kral klubu”nun yarımfinala adlamaq şansları yüksək qiymətləndirilir.
Ev sahiblərinin heyətində Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən bu görüşü buraxacaq. “Bavariya”nın heyətində isə Robert Levandovski sıraya dönüb. Əvəzində Mats Hummels və Jerom Boatenq zədədən əziyyət çəkir.
Günün digər matçında “Atletiko” ilk oyunda minimal hesabla məğlub etdiyi “Lester”in qonağı olacaq. Bu görüşün də gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
22:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1
22:45. “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 0:1
Babək Cahandarov