Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ilk iclası keçirilib
Bu gün Prezident İlham Əliyevin 5 aprel 2017-ci il tarixli Fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (HSŞK) ilk iclası keçirilib.
1news.az-ın məlumatına görə, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun sədrliyi ilə keçirilən iclasda Komissiyanın Əsasnaməsi, Komissiyanın qərarlarının qəbulu prosesi, maraqlı tərəflərlə işbirliyinin qurulması, eləcə də 2016-cı il üzrə Şəffaflıq hesabatının məzmunu, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, auditorun seçim proseduru və digər məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda Komissiyanın 2017-ci il üzrə Fəaliyyət planı, Hasilat Sənayesində Şəffaflıq üzrə hesabat formaları, Şərtlər toplusu müzakirə edilib və təsdiqlənib.
Babək Cahandarov