Türkiyədə helikopter qəzaya uğrayıb, 12 nəfər həlak olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə helikopter qəzaya uğrayıb, 12 nəfər həlak olub - YENİLƏNİB

20:07 - 18 / 04 / 2017
Türkiyədə helikopter qəzaya uğrayıb, 12 nəfər həlak olub - YENİLƏNİB

Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər həlak olub.

1news.az-ın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Tunceli valiliyindən açıqlama verilib.

17:34

Türkiyənin Tunceli vilayətində helikopter qəzaya uğrayıb.

Helikopterin göyərtəsində 14 nəfər olub. Onlardan 9-u polis, biri hakim, biri hərbi qulluqçu, 3-ü isə ekipaj üzvü olub.

Hazırda hadisə yerində axtarış-xilasedicilərin əməliyyatları davam edir. Qəzaya ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

Sadəcə olaraq məlumat verilir ki, helikopter radarlardan Türkiyə vaxtı ilə 13.30-da itib.

Haberler


Son Dakika! Tunceli'de İçinde 1 Hakim, 1... by haberler

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər