AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
15 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 8 №-li futbolçusu Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 42.3).
14 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
13 aprel 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “Turan Tovuz” – MOİK matçında “Turan Tovuz” və MOİK klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
12 aprel 2017-ci il U-19 Liqasında “Turan” – “Sumqayıt” matçının 56-ci dəqiqəsində “Turan” klubunun 4 №-li futbolçusu Məhərrəm Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 48).
10 aprel 2017-ci il, Bakcell U-17 Liqasında, “Kəpəz” – “Neftçi” matçının 28-ci dəqiqəsində “Neftçi” klubunun 35 №-li futbolçusu Elcan Hafizli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
Oyunun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 17 №-li futbolçusu Məhəmməd Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
10 aprel 2017-ci il Bakcell U-17 Liqasında “Xəzər Lənkəran” – “Zirə” matçının 90-cı dəqiqəsində “Zirə” klubunun 55 №-li futbolçusu Allahyar İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 90-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 17 №-li futbolçusu Samir Quluzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 aprel 2017-ci il, U-16 “Sumqayıt” – “Vətən” matçının 65-ci dəqiqəsində “Vətən” klubunun 3 №-li futbolçusu Rəvan Məmmədzadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
Oyunun 65-ci dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Səid Əliyev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
Oyunun 75-ci dəqiqəsində “Sumqayıt” klubunun 14 №-li futbolçusu Rəvan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
Oyunun 78-ci dəqiqəsində “Vətən” klubunun 14 №-li futbolçusu Hikmət Verdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 aprel 2017-ci il, Boulevard Hotel U-15 Liqasında “Mil-Muğan” – AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Elnur Namazov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
Oyunun 64-cü dəqiqəsində “Mil-Muğan” klubunun 14 №-li futbolçusu Rəhim Cəfərzadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
15 aprel 2017-ci il, U-13 Liqasında “Mançester Yunayted” – “Ağsu” matçının 10-cu dəqiqəsində “Mançester Yunayted” klubunun 4 №-li futbolçusu Ruhid Mustafayevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
1news.az