400-ə yaxın yeni ailə təsərrüfatı yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

400-ə yaxın yeni ailə təsərrüfatı yaradılıb

22:15 - 18 / 04 / 2017
400-ə yaxın yeni ailə təsərrüfatı yaradılıb

Ötən dövrdə proqram çərçivəsində verilmiş aktivlər hesabına 400-ə yaxın yeni ailə təsərrüfatı yaradılıb

1news.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ötən dövrdə aktivlərlə (mal və materiallarla) təmin edilmiş vətəndaşların hər biri bu aktivlər hesabına biznes-planlarını tələb olunan səviyyədə reallaşdırmağa, ailə təsərrüfatlarını qurmağa nail olublar. Bu sahədə əldə olunan müsbət nəticələr proqramın gözlənilən səviyyədə özünü doğrultduğunu deməyə əsas verir.

Məlumata görə, cari il fevral ayının ortalarından etibarən indiyədək özünüməşğulluq proqramı çərçivəsində artıq 25 rayon (Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Bərdə, Qəbələ, Ağdam, İsmayıllı, Göyçay, Ağsu, Yevlax, Füzuli, Cəbrayıl, Saatlı, Biləsuvar, Şirvan, Lerik, Yardımlı və b.) üzrə ümumilikdə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxsin ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təminatı həyata keçirilib.

Qeyd olunan şəxslərin hər biri ilk növbədə proqram çərçivəsində təşkil olunan təlim kurslarında biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara yiyələniblər. Bu da onların verilmiş aktivlərdən daha səmərəli istifadə edərək, biznes-planlarını uğurla reallaşdırmaları, təsərrüfatlarını düzgün quraraq  bacarıqla idarə etmələri üçün vacib əsas rolunu oynayıb.

Yeni yaradılan təsərrüfatların fəaliyyəti ailə əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, ölkədə daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.

Digər tərəfdən, aparılan işlər ölkədə ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, dünya təcrübəsinə əsasən iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə,  kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır.

Hazırda nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını qurmaları məqsədilə aktivlərlə təminatı işləri davam etdirilir. Proqram müvafiq təlim kurslarını bitirmiş və qiymətləndirmələr zamanı biznes-planları müsbət dəyərləndirilmiş ümumilikdə 1500 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmalarına imkan yaradacaq. Özünüməşğulluq proqramının icrası sahəsində uğurlu təcrübə gələcəkdə bu sahədə tədbirlərin geniş vüsətlə davam etdirilməsini şərtləndirəcək.

Babək Cahandarov

Paylaş:
730

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər