Səhiyyə nazirliyində Cibuti Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə nazirliyində Cibuti Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

22:40 - 18 / 04 / 2017
Səhiyyə nazirliyində Cibuti Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin ölkəmizdə rəsmi səfərdə olan Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okiehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyev və görkəmli akademik Zərifə Əliyevanın məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Cibuti Respublikasının səhiyyə naziri 2017-ci ilin “İslam Həmrəyli İli” elan edilməsinin bütün İslam dünyası ölkələrində rəğbətlə qarşılandığını xüsusi olaraq vurğulayıb. Qonaq həmçinin İslam Həmrəyli Oyunlarının Azərbaycanda keçirilməsini ölkə rəhbərliyinin sağlam həyat tərzinin təbliği və ölkədə aparılan sosialyönümlü siyasətin bariz nümunəsi olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın qurulması və Azərbaycanın səhiyyəsinin qazandığı müsbət təcrübədən cibutili həmkarların istifadəsi və azərbaycanlı həkimlərin həmin ölkədə qısa müddətdə cərrahi əməliyyatlar aparması barədə təkliflər verilib.

Səhiyyə naziri Oqtay Şirəliyev son illər ərzində səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan uğurlar barədə qonağa məlumat verib.

Görüş başa çatandan sonra naziri Cama Elmi Okieh və nümayəndə heyəti Elmi Tədqiqat Pediatriya İnstitutunda müəssisə rəhbərliyi ilə görüş keçirib. Görüşdə Azərbaycanda uşaqların sağlamlığının qorunması nəinki səhiyyənin prioritet sahəsi kimi, eləcə də dövlətin sosialyönümlü siyasətinin əsas istiqamətlərindən biri olduğu bildirilib.

Digər tanışlıq görüşü Azərbaycan Tibb Universitetinın rəhbərliyi və professor-müəllim heyətinin iştirakı ilə keçirilib. Qonaqlara tibbi təhsildə aparılan islahatlar, Boloniya sisteminə keçid və tibbi rezidentura sistemindən məlumat verilib. Cibutili tələbələrin Tibb Universitetində təhsil almaq imkanlarına dair təkliflər qəbul edilib.

Milli Onkologiya Mərkəzində keçirilən görüşlərdə xərçəngin erkən aşkarlanması üzrə respublikada səyyar briqadalarla mütəmadi monitoringlərin aparılması, xəstələrin müalicəsi üzrə Dövlət Proqramı haqqında müzakirələr aparılıb. Azərbaycanlı mütəxəssislərin Cibutiyə qısa müddətli ezamiyyəyə gedərək orada nəzəri təcrübi kursların təşkili haqqında təkliflər verməyi planlaşdırılıb.

Milli Oftalmologiya Mərkəzində keçirilən görüşdə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin rəhbərliyi də iştirak edib. Həmin təşkilatının xətti ilə Azərbaycanlı oftalmoloqlar Cibuti də daxil olmaqla Afrikanın bir sıra ölkələrində oftalmoloji cərrahi əməliyyatlar aparıblar.

Həmin layihənin davamı və Azərbaycanlı mütəxəssislərin Cibutiyə qısa müddətə ezam olunaraq nəzəri təcrübi kursların təşkili etməsi barədə müzakirələr aparılıb.

Səfər proqramı çərçivəsində Cibuti nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində də olub.

Görüşlərdə Azərbaycanın Cibuti səhiyyəsinə texniki və maddi yardımı məsələləri müzakirə edilib, bir sıra tibbi cihaz və xəstəxana ləvazimatının həmin ölkəyə verilməsi barədə razılaşma əldə olunub.

1news.az

Paylaş:
451

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər