Həbsdən çıxan azərbaycanlı nazir prezident oldu | 1news.az | Xəbərlər
Dünya

Həbsdən çıxan azərbaycanlı nazir prezident oldu

10:58 - 18 / 04 / 2017
Həbsdən çıxan azərbaycanlı nazir prezident oldu

Cinayət işinin başlanması ilə əlaqədar olaraq, vəzifəsindən uzaqlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının başçısı seçilib. 

1news.az-ın Virtualaz.org-a istinadən verdiyi xəbərə görə, dünən Kiyevdə UCF-nin hesabat-seçki konfransında ölkənin 23 regionunun nümayəndəsi iştirak edib və baxılan məsələlərdən biri də qurumun yeni prezidentinin seçilməsi olub.

“Nəsirovun namizədliyini 22 nümayəndə dəstəkləyib”, - məlumatda bildirilir.

Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən və xidməti mövqeyindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qrivna zərər yetirməkdə şübhəli bilir. Azərbaycan əsilli keçmiş nazir iri məbləğdə girov qoymaqla azadlığa çıxıb.

Babək Cahandarov

 

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər