Yapon alimləri düşüncəni oxuyan qurğu yaradıblar | 1news.az | Xəbərlər
Dünya

Yapon alimləri düşüncəni oxuyan qurğu yaradıblar

14:16 - 19 / 04 / 2017
Yapon alimləri düşüncəni oxuyan qurğu yaradıblar

Yapon alimləri düşüncəni oxumaq qabiliyyətinə malik qurğu yaradıblar. Alimlərin sözlərinə görə, qurğu elektroensefaloqram əsasında işləyir və yapon dilində rəqəm və ayrı-ayrı sözləri tapa bilir.

1news.az ICTnews-a istinadən xəbər verir ki, hazırda cihazın sınaq nəticələri ürəkaçan olmasa da, alimlər onun təkmilləşdirilməsi üzərində işləri davam etdirəcək.

Mütəxəssislərin iddiasına görə, qurğu gələcəkdə xəstəlik nəticəsində danışıq qabiliyyətini itirmiş insanlara kömək edəcək.

Cihaz yaxın 5 ildə satışa çıxarılacaq. Smartfonun köməyi ilə sözügedən cihazı idarə etmək mümkün olacaq.

1news.az

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər