Hindistanda avtobus çaya düşüb, 44 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Hindistanda avtobus çaya düşüb, 44 nəfər ölüb

14:27 - 19 / 04 / 2017
Hindistanda avtobus çaya düşüb, 44 nəfər ölüb

Hindistanın şimalında avtobusun çaya düşməsi nəticəsində azı 44 nəfər həlak olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ANİ agentliyinin yaydığı məlumata görə, hadisə Himaçal-Pradeş ştatında yerləşən Şimla dairəsindəki Tons çayı rayonunda baş verib. Qəza zamanı avtobusda 50 nəfərdən çox sərnişin olub. Qəzanın təfərrüatları hələlik məlum deyil.

Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis vəziyyətdə olması və sürücülərin intizamsızlığı Hindistanda tez-tez ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxarır. Rəsmi məlumata əsasən, qəzalar nəticəsində ölkədə hər gün 400 nəfərədək, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

Babək Cahandarov

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər