Aydın Hüseynov: Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların hüquqi bazası formalaşdırılır | 1news.az | Xəbərlər
Siyasət

Aydın Hüseynov: Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların hüquqi bazası formalaşdırılır

17:45 - 19 / 04 / 2017
Aydın Hüseynov: Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların hüquqi bazası formalaşdırılır

Azərbaycanda aparılan iqtisadi islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi və atılan digər mütərəqqi addımlar sahibkarlığın inkişafını, eləcə də birbaşa rəqabət qabiliyyətli məhsulların istehsalını əsaslandıran amillər oldu.

Bu fikri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sahibkarlığın inkişaf etdirilməsi birinci növbədə qanunu əsaslara və hüquqi bazaya söykənməlidir. Bununla əlaqədar olaraq 2016-cı ildə Milli Məclisdə çox əsaslı və fundamental qanunlar qəbul olunub. Vergi, Gömrük məcəllələrində, ümumiyyətlə, iqtisadi sektoru əhatə edən 200-ə yaxın sənəddə dəyişikliklər edilib, həm də yeni qanunlar qəbul olunub. Bununla yanaşı, həmin sahə ilə bağlı məsələlər də müzakirə olunub. Bütün bunların hamısı aparılan islahatların qanuni bazasının formalaşmasını səciyyələndirir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

A.Hüseyov bildirib ki, Azərbaycanda çox böyük struktur islahatları həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə bəzi qurumlar yaradıldı, bəziləri isə birləşdirildi.

Deputat vurğulayıb ki, xüsusilə, maliyyə və bank sektorunda çox önəmli addımlar atılıb. Bu sahənin fəallaşdırılması ilə bağlı dövlətimizin başçısının tapşırığı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu Palatanın yaradılması ilə bu sahədə bir çox işlərin tənzimlənməsi həyata keçirilir.

AZƏRTAC

Paylaş:
694

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər