“Real” və “Atletiko” yarımfinalda – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Real” və “Atletiko” yarımfinalda – FOTO – VİDEO

10:03 - 19 / 04 / 2017
“Real” və “Atletiko” yarımfinalda – FOTO – VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, ilk oyun günündə “Real” - “Bavariya” və “Lester” -  “Atletiko” oyunları keçirilib.

Münhendə rəqibini 2:1 hesabı ilə məğlub edən “kral klubu” yarımfinala adlamaq üçün şansları daha yüksək qiymətləndirilirdi.

Oyunun əsas vaxtı 2:1 hesabı ilə “Bavariya”nın xeyrinə başa çatdığından uzatma dəqiqələrə ehtiyac yaranıb. Əkavə vaxtda daha 3 qol vuran “kral klubu” 4:2 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Günün digər matçında “Atletiko” “Lester”in qonağı olub. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. Cavab oyunundakı 1:1 hesablı bərabərlik isə madridliləri yarımfinala çıxarıb.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

“Real” (İspaniya) – “Bavariya” (Almaniya) - 4:2 (əlavə vaxtda)

Qollar: Ronaldo, 76, 105, 110 (əlavə vaxtda), Asensio, 112 (əlavə vaxtda) - Levandovski, 53 (pen.), Serxio Ramos, 78 (öz qapısına)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun - 2:1

“Lester” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1

Qollar: Vardi, 61 - Nigez, 26

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 0:1

Babək Cahandarov

Paylaş:
769

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər