Çempionlar Liqası tarixində 10 ən yaxşı bombardir - SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqası tarixində 10 ən yaxşı bombardir - SİYAHI

21:52 - 19 / 04 / 2017
Çempionlar Liqası tarixində 10 ən yaxşı bombardir - SİYAHI

Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə cavab qarşılaşmasında het-trik etməklə qitənin ən nüfuzlu turnirinin tarixində 100 qol vuran ilk futbolçu olub.

1news.az-ın məlumatına görə, portuqaliyalı futbolçunun ən yaxın izləyicisi argentinalı Lionel Messidir. “Barselona”lı ulduz futbolçunun aktivində 94 qol var. Ilk “üçlük”də daha bir əfsanə Raul da yer alıb.

İlk onluqda hazırda karyerasını davam etdirən futbolçulardan Kərim Benzema (51 qol) və Zlatan İbrahimoviçin (48 qol) də adı var.

Çempionlar Liqasının 10 ən yaxşı bombardiri

1. Kriştianu Ronaldo (Portuqaliya) - 100

2. Lionel Messi (Argentina) – 94

3. Raul (İspaniya) - 71

4. Ruud van Nistelroy (Hollandiya) - 56

5. Kərim Benzema (Fransa) - 51

6. Tyerri Anri (Fransa) - 50

7. Alfredo di Stefano (İspaniya) - 49

8-9. Andrey Şevçenko (Ukrayna) - 48

Zlatan İbrahimoviç (İsveç) - 48

10. Eysebio (Portuqaliya) – 47

Şəfail Baxşiyev

Paylaş:
3958

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər