NAZ-Lifan Azərbaycanda istehsalın dayandırılması haqqında informasiyanı şərh edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

NAZ-Lifan Azərbaycanda istehsalın dayandırılması haqqında informasiyanı şərh edib - YENİLƏNİB

14:52 - 19 / 04 / 2017
NAZ-Lifan Azərbaycanda istehsalın dayandırılması haqqında informasiyanı şərh edib - YENİLƏNİB

Yerli KİV-də Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsal olunan NAZ-Lifan maşınlarının istehsalının dayandırılması ilə bağlı xəbərlər yayılıb.

Məlumatda qeyd edilir ki, bu il həmin markadan olan maşınlar satılmadığı üçün istehsal da olunmayıb.

Məsələ ilə bağlı NAZ-Lifan avtomobillərinin satış salon direktorunun müavini Rövşən Xasayev 1news.az-a bəyan edib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Bu, doğru deyil. Avtomobillərin istehsalı dayandırılmayıb”, - o bildirib.

Xatırladaq ki, indiyə qədər ümumilikdə sifariş edilən 270 avtomobil sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.

Naxçıvan Avtomobil Zavodu (NAZ) 8 modeldə minik avtomobili istehsal edib. Bunlar "NAZ-lifan 720”,  "NAZ-lifan 820” (Premium modellər), "NAZ-lifan 620”, "NAZ-lifan 630” (sedan modellər), "NAZ-lifan X50” və X60 (SUV), "NAZ-lifan 320” və 330 (mini) modelləridir.

"NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

1news.az

11.16

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.

1news.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a bunun yaxşı hal olmadığını deyib:

“Naxçıvan blokadada yerləşən zonadır. Ona görə də bu zavodun inkişaf etdirilməsi və satışın təşkil edilməsi çox vacibdir. Məhz bu səbəbdəndir ki, cənab prezident bu avtomobillərin istehsalı və inkişafı üçün göstəriş verdi. Məndə olan məlumata görə, bir sıra nazirliklər bu zavodun istehsalı olan avtomobillərdən aldı. Amma görünür bu müvəqqəti xarakter daşıdı və daimi olmadı. İnsanlar yenidən xaricdən avtomobil almağa başladılar. Deyilənə görə avtomobillərin keyfiyyəti pis deyil. Mən şəxsən “Naz-lifan” avtomobilini nə görmüşəm, nə almışam”.

V.Əhmədov zavodda satış olmadığına görə istehsalın dayandığını bildirib:

“Sifariş olmalıdır ki, istehsal da həyata keçirilsin. Mənim fikrimcə, İqtisadiyyat Nazirliyi bu zavoda diqqət göstərməlidir. Hər halda zavod adi zavod deyil. Vəsait sərf olunub, tikilib, ərsəyə gəlib.

Belə müəssisələrdə kooperasiya çox böyük rol oynayır. Zavod keçən müddət ərzində yavaş-yavaş avtomobil hissələrinin istehsalına başlamalı idi. Yəni avtomobil hissələrini xaricdən gətirib burada yığmaq problem deyil ki... Sovet dövründə kooperasiya sistemi belə qurulmuşdu ki, bir zavod bir hissəni, digəri başqa hissəni istehsal edirdi. Naxçıvan Avtomobil Zavodu da belə etməli idi. Xaricdən asılılığı azaltmaq üçün istehsala başlamalı idi. Yoxsa bütün hissələr xaricdən gətirilib burda yığılırsa və satılırsa, əvvəla onun maya dəyəri ancaq başa gəlir, gəlirliliyi aşağı olur. Görünür zavodda bu işlər görülməyib. Çünki bu 1 il ərzində heç olmasa avtomobilin 10 faizini istehsal etməli idilər. Yoxsa gətir, yığ, sat, bu, istehsal deyil. Bu inkişaf deyil”.

Xatırladaq ki, indiyə qədər ümumilikdə sifariş edilən 270 avtomobil sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.

Naxçıvan Avtomobil Zavodu (NAZ) 8 modeldə minik avtomobili istehsal edib. Bunlar "NAZ-lifan 720”,  "NAZ-lifan 820” (Premium modellər), "NAZ-lifan 620”, "NAZ-lifan 630” (sedan modellər), "NAZ-lifan X50” və X60 (SUV), "NAZ-lifan 320” və 330 (mini) modelləridir.

"NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

1news.az

Paylaş:
4265

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər