Türkiyədə tərəvəz dükanının sahibi silahlı hücuma pomidor atmaqla cavab verib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə tərəvəz dükanının sahibi silahlı hücuma pomidor atmaqla cavab verib – FOTO – VİDEO

11:59 - 19 / 04 / 2017
Türkiyədə tərəvəz dükanının sahibi silahlı hücuma pomidor atmaqla cavab verib – FOTO – VİDEO

Türkiyənin Şanlıurfa bölgəsində tərəvəz dükanının sahibi silahlı hücuma pomidor atmaqla cavab verib.

Baş verənlər müşahidə kameralarına düşüb.  Belə ki, Mahmud P. adlı şəxs keçmiş qaynı  Mehmet Tosunun dükkanına gələrək mübahisə edib və onu silahla hədələməyə başlayıb.

Mehmet bu an özünü itirməyərək sabiq qohumuna pomidor atmağa başlayır. O, pomidorları sürətli atdığından silahlı şəxs özünü itirərək qaçmağa başlayıb.

“Həmişəki kimi dükkanda işləyirdim. Qəfildən Mahmud gəldi. Bu an pomidorlarla dolu qutunun önündə dayanmışdım. Mənə tərəf silah yönəltdi. Həmin an ona pomidor atmağa başladım. Pomidorlardan biri onun gözünə tuş gəldi. Bu an o, müvazinətini itirdi. Aramızda heç bir düşmənçilik yoxdur. Əvvəl qohum idik, daha sonra bacım boşandı. Ola bilər gərginlik bundan yaranıb”, - deyə Mehmet bildirib.

Araşdırma zamanı polis Mahmud T. həbs edib.

Sondakika


Tüfekli Saldırıya Domatesle Karşılık Verdi by haberler

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər