Helikopter qəzası, dörd hərbçi həlak oldu-YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Helikopter qəzası, dörd hərbçi həlak oldu-YENİLƏNİB

14:22 - 19 / 04 / 2017
Helikopter qəzası, dörd hərbçi həlak oldu-YENİLƏNİB

Yunanıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd hərbçi həlak olub.

1news.az RİA Novostiyə istinadən xəbər verir ki, daha bir nəfər, qadın hərbçi xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur. 

Ölkənin milli müdafiə naziri Panos Kammenosanın əmri ilə üç günlük matəm elan edilib, hərbi hissələrdə isə bayraqlar endiriləcək.

13:11

Yunanıstan hava qüvvətlərinə aid UH-1H model hərbi helikopter qəzaya uğrayıb.

 1news.az “hurriyet”ə istinadən xəbər verir ki, helikopter  Larissa kəndi yaxınlığındakı hərbi hava sahəsindən qalxdıqdan qısa müddət sonra radarlardan itib. Onun dağlıq əraziyə düşdüyü ehtimal edilir.

Helikopterdə üçü əsgər olmaqla beş nəfər olub. Ölkənin silahlı qüvvələrinin Baş qərargahı  axtarış işlərinin aparıldığını vurğulayıb.

Pərvanə Sultanova

 

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər