"Apple" ekranında problem yaranan "iPhone Duo" modellərini dəyişdirəcək

"Apple" şirkəti satışa çıxarıldıqdan bir neçə gün sonra ekranında problem yaranan "iPhone Duo" modellərini dəyişdirəcək.
1news.az xəbər verir ki, şirkətin ilk qatlanan telefonu olan iPhone Duo 2 668 dollar başlanğıc qiyməti ilə satışa çıxarılıb.
Cihazın ekranlarında yaranan problemlərlə bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb. Fotolarda telefonların ekranlarında xətlərin əmələ gəldiyi görünür.
Bəzi istifadəçilər ekranın qatlanma xətti boyunca çatların yarandığını, digərləri isə cihazı açarkən xışıltıya bənzər səs eşitdiklərini bildiriblər.
Şirkət telefonların az bir hissəsinin daxili ekranına təsir edən problemdən xəbərdar olduğunu açıqlayıb. Apple problemdən təsirlənən istifadəçiləri cihazların dəyişdirilməsi üçün şirkətlə əlaqə saxlamağa çağırıb.











