Türkiyədə həbsxanada dava düşüb: yaralılar var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə həbsxanada dava düşüb: yaralılar var

14:07 - 20 / 04 / 2017
Türkiyədə həbsxanada dava düşüb: yaralılar var

Türkiyənin Mersin bölgəsində həbsxanada baş verən dava nəticəsində 3 nəfər yaralanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisənin səbəbi də məlum olub.

Məlumata görə, aprelin 20-də səhər saatlarında həbsxananın giriş qapısında xidmət çəkən jandarm nəzarətçidən şəxsiyyət vəsiqəsi istəyib. Bu məsələ mübahisəyə səbəb olub, digər nəzarətçi və jandarmlar da buna qoşulublar.

Xəbərdə bildirilib ki, Mersin prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.

1news.az

Paylaş:
634

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər