Sankt-Peterburq metrosunda terror aktının sifarişçisi müəyyənləşib
Aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub. Bu haqda RİA Novosti-yə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
Lakin terror aktının sifarişçinin adı açıqlanmayıb. Hazırda Peterburq metrosunda terror törətməkdə şübhəli kimi 10 nəfər göstərilir. Bunların arasında həmçinin Əzimov qardaşları da var. Qardaşlardan biri Əkrəm aprelin 19-da həbs edilərək Axtarış Komitəsinə gətirilib. Hazırda Basman məhkəməsində onun işi araşdırılır.
Xatırladaq ki, Sankt-Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Terror aktı Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.
Lenta.Ru
4065