Dünyanın və regionun daşınmaz əmlak bazarının aparıcı şirkətləri yenidən Bakıya toplaşacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyanın və regionun daşınmaz əmlak bazarının aparıcı şirkətləri yenidən Bakıya toplaşacaq

18:21 - 20 / 04 / 2017
Dünyanın və regionun daşınmaz əmlak bazarının aparıcı şirkətləri yenidən Bakıya toplaşacaq

Əmlak Məsələləri Dövlət Kömitəsi bu il də Bakıda böyük əmlak və investisiya sərgisi keçirəcək.

Komitədən 1news.az-a verilən məlumata görə, sərgi 23-25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq.  Ölkə iqtisadiyyatında həyata keçirilən uğurlu islahatların nəticəsini və bir çox sahələr kimi daşınmaz əmlak bazarının yerli və xarici investorlar üçün cəlbediciliyini nəzərə alaraq cari ildə baş tutacaq sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, onların layihələrinin nümayiş edilməsi gözlənilir.

Tədbirin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu məqsədlə, komitə tərəfindən sərgidə yaradılacaq povilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların  vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elktron xidmətlər və digər yeniliklər nümayiş olunacaq.

Komitədən bildiriblər ki, builki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrin povilyonlarının yaradılması kimi yeniliklərdə  nəzərdə tutulur. Belə ki, burada həmin müəssisələrin maliyyə durumu, iqtisadi göstəriciləri, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı  və sair digər bütün məlumatlar əks olunacaq. Bundan başqa sərgidə komitənin məsləhət xidmətləri də fəaliyyət göstərəcək. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.

Sərginin ən cəlbedici cəhətlərindən biri də buradada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Burada əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandıracaq.

Sərgidə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaq. Odur ki, bu istiqamətdə Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsi ilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələrin qurulması vacibdir.

Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycanın Türkiyədəki səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.  

Xatırladaq ki, ötən ilin noyabrın 22-24 tarixlərində Bakı Expo Mərkəzində Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçirilib. Sərgini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ziyarət etmişdilər.  

Sərgidə Türkiyə, BƏƏ, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Portuqaliya, Gürcüstan, Macarıstan, Lüksemburq və Kipr olmaqla 11 xarici ölkə iştirak etmişdir. Ümumilkdə isə  91 yerli, 152 beynəlxalq şirkət sərgiyə qatılmışdı.

Qeyd edək ki, 12  ölkənin iştirakçıları öz layihələrini 5400 peşəkar ziyarətçiyə təqdim etmişdilər. Bununla yanaşı sərgidə investisiya fondları, ticarət və ipoteka bankları, lizinq şirkətlərinin xidmətləri nümayiş olunub.

Babək Cahandarov

 

Paylaş:
472

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər