Türkiyə və ABŞ prezidentlərinin görüşünün vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə və ABŞ prezidentlərinin görüşünün vaxtı açıqlanıb

20:43 - 20 / 04 / 2017
Türkiyə və ABŞ prezidentlərinin görüşünün vaxtı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampla görüşünün vaxtını açıqlayıb.

1news.az NTV-yə istinadən xəbər verir ki, Ərdoğan görüşün mayın 16-17-də keçiriləcəyini bildirib. Onun sözlərinə görə, görüş barədə razılaşma bu yaxınlarda baş tutmuş telefon danışığı zamanı əldə olunub.

Qeyd edək ki, Türkiyə prezidenti ABŞ-a səfərinin Ramazan ayından və mayın 24-25-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısından əvvəl gerçəkləşəcəyini söyləmişdi. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədəki, xüsusilə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur. 

1news.az

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər