Suriyada rusiyalı hərbi müşavir həlak olub
Suriyada terrorçular hökumət qüvvələrinin hərbi qarnizonuna hücum ediblər.
1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, hücum nəticəsində rusiyalı hərbi müşavir, mayor Sergey Bordov ağır güllə yarası alaraq, həlak olub. Suriya hərbçilərinə təlim keçən rusiyalı zabit, komandanlığı öz üzərinə götürərək, terrorçuların şəhərciyə soxulmasının qarşısının alıb.
O, ölümündən sonra dövlət mükafatına layiq görülüb.
1news.az
790