Bakıda iki nəfər güllələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki nəfər güllələnib

10:34 - 20 / 04 / 2017
Bakıda iki nəfər güllələnib

Paytaxtda silahlı insident baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər - 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

1news.az

Paylaş:
514

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər