“Barselona” bu dəfə bacarmadı, “Monako” və “Yuventus” yarımfinalda – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Barselona” bu dəfə bacarmadı, “Monako” və “Yuventus” yarımfinalda – FOTO – VİDEO

10:56 - 20 / 04 / 2017
“Barselona” bu dəfə bacarmadı, “Monako” və “Yuventus” yarımfinalda – FOTO – VİDEO

Dünən axşam keçirilən daha iki qarşılaşma ilə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya” oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.

“Barselona” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu “Yuventus”la öz meydanında qalib gələ bilməyib. Matç qolsuz bərabərliklə başa çatıb və nəticədə İtaliya təmsilçisi yarımfinala vəsiqə qazanıb.

“Monako” – “Borussiya” görüşü isə əvvəlki oyunda olduğu kimi yenə məhsuldar alınıb. Dortmund baş tutan ilk matçda rəqibini 3:2 hesabı ilə məğlub edən knyazlıq klubu bu dəfə meydandan 3:1 hesablı üstünlüklə ayrılaraq adını yarımfinala yazdırıb.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

19 aprel

“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) - 0:0

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 0:3

“Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1

Qollar: Mbappe, 3, Falkao, 17, Cermeyn, 81 - Roys, 48

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2

Babək Cahandarov

Paylaş:
807

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər