Şəmkirdə su festivalı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə su festivalı keçirilib – FOTO

22:45 - 21 / 04 / 2017
Şəmkirdə su festivalı keçirilib – FOTO

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 21-də qərb bölgəsinin gözəl diyarı olan Şəmkirdə davam edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, axşam saatlarında Şəmkir Gənclər Mərkəzinin qarşısında su festivalı keçirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini şəmkirli uşağa təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Şəmkir rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Şəmkir mərhələsinə nəzər salınıb.

Sonra su qabını daşıyan şəmkirli idmançılar və Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdi Murad Namazov səhnəyə dəvət olunub.

Festival əsl bayrama çevrilib. “Mirvari” rəqs qrupunun, müğənnilər Vüqar Vəliyevin və Xəyal Qasımovun çıxışları rayon sakinlərində yüksək əhval-ruhiyyə yaradıb. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Mingəçevir şəhəri olacaq.

Xatırladaq ki, Şəmkir rayonunda su səyahətinə Şəmkir su anbarından su götürülməklə start verilib. Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdi, şahmat və güləş həvəskarı Murad Namazov, boks üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Ramiz Yusifov və sərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Şəmkir su anbarından su ilə doldurub şəhərdəki Gənclər Mərkəzinin qarşısında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Şəmkir Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov və layihə rəhbəri Ülviyyə Ələkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb, məktəblilərə idman yarışında uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

1news.az

Paylaş:
900

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər