Mübariz Əhmədoğlu: Erməni hərbçilərinin sevindirən silah ticarəti Moskva ermənilərinin çökdürülməsi hesabına başa gəlir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Erməni hərbçilərinin sevindirən silah ticarəti Moskva ermənilərinin çökdürülməsi hesabına başa gəlir

11:38 - 21 / 04 / 2017
Mübariz Əhmədoğlu: Erməni hərbçilərinin sevindirən silah ticarəti Moskva ermənilərinin çökdürülməsi hesabına başa gəlir

Ermənistan Rusiyadan “Verba” ZRK alması və bununla Azərbaycanın pilotsuz uçuş aparatlarını vura, hətta Bakının səmasını görə biləcəkləri ilə öyünür. Bu fikirlərin həqiqət və ya yalan olması barədə polemika açmaq fikrimiz yoxdur.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda keçirilmiş seçkilərlə bağlı xəbəri şərh edərkən bildirib:

“RF-in Ermənistana satdığı silahların Dağlıq Qarabağa aidiyyətinin olmaması dəqiq bəllidir. Bizim isə yaxın müddətdə Ermənistana hücum etməklə bağlı tam hazır planımız yoxdur. Ermənistanın davranışı hər şeyi müəyyənləşdirəcək.

Əgər Ermənistana belə texnologiya verilibsə bu, Azərbaycanda mövcud olan silahlara cavabdır. Rusiyadan belə silahların alınması erməni hərbçilərinin sevincinə səbəb olsa da, əslində dünya erməniliyinin ən aparıcı toplumu olan Moskva ermənilərinin çökdürülməsi hesabına başa gəlir. Rusiyadakı erməni diasporu çökdürülür:

Erməni mənşəli milyarderlər - Sərkisov qardaşları Moskvadan qaçdı, biri Kaliforniyada (ABŞ), digəri isə Lionda (Fransa) Ermənistanın konsuludur. SSRİ və müstəqil Rusiyada qazandıqları milyardları özləri ilə apara biliblər. D.Xaçaturov müflisləşmək ərəfəsində olduğunu başa düşüb var dövlətinin bir qismini Rusiyadan kənara çıxartdı”.

Politoloq qeyd edib ki, milliyyətcə erməni Sergey Arutyunyan milliyyətcə rus olan arvadının soyadını qəbul edib Sergey Qalitskiyə çevrildi:

“Bir qrup erməni milyonerləri həbsdədirlər. Rusiya Dövlət Dumasına son seçkilərdə bircə nəfər də olsun erməni seçilmədi. Moskvadakı erməni diasporunun reqress tarixi indi də davam edir.

Son illərdə “İskəndər” OTRK-lar da daxil olmaqla Rusiyadan Ermənistana satılan bütün silahların pulunu Moskvadakı ermənilər ödəyib. Əslində, bu pul onlara ödətdirilib. Kreml həm Ermənistanın Azərbaycanla Rusiya arasındakı silah ticarətinə görə ağzını yumur, həm də Moskvadakı ermənilərin hesablarını boşaldır.

Serj Sərkisyan apardığı siyasət hal hazırda Moskvadakı erməni milyarderlərinin zəifləməsinə xidmət edir. Kremlin erməni diasporuna münasibətdə  iki məqsəd güdür. Erməni diasporu zəifləməlidir. Bu Rusiyadakı erməni diasporasının layiq olduğu cəzadır. Çünki SSRİ-nin dağılmasında ermənilər aktiv idilər və ABŞ üçün alət rolunu oynayıblar”.

M.Əhmədoğlu qeyd edib ki, Erməni lobbisi vasitəsilə Ermənistanı Rusiyanın tərkibinə salmaq.

 “Taşir” qrupunun başçısı Samvel Karapetyanın oyuna qoşulması həm də bu məqsədə xidmət edir. Ermənistanda yaşayarkən rus toponimlərini erməni toponimlərinə dəyişən S.Karapetyan indi Ermənistanı Rusiyanın tərkibinə dartmağa məcbur edilir. Rusiya Erməniləri İttifaqı sədri A.Abramyan bundan imtina edə bilsə də S.Karapetyan imtina edə bilməyəcək. Yalnız Ruben Vardanyan hələ ki, Kremlin təzyiqlərinə məhəl qoymur.

O, Ermənistanda rus dilinin zəifləməsinə, ingilis dilinin güclənməsinə vəsait xərcləyir. Ermənistanda son 5 ildə yaradılmış bütün Qərbpərəst strukturların, o cümlədən rəsmi nazirliklərin ideya müəllifi və maliyyə rəhbəri R.Vardanyandır. Hadisələrin gedişi Kremlin erməni diasporunu zəiflətmək və erməni diasporunun pulunun hesabına Ermənistanı Rusiyanın tərkibinə daxil etmək kursunun davamlı olacağını göstərir.

Qarabağ klanının başçısı, prezident S.Sərkisyanın iki seçimi var: Ya ərizə ilə müraciət edərək Ermənistan və Azərbaycan ziyalılarının Bakıda yaratdığı Sülh Platformasına üzv olur və ya Ermənistan dövlətçiliyinin itirilməsini sürətləndirir. Seçim S.Sərkisyanın ağlından və intellektindən asılıdır”.

1news.az

Paylaş:
718

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər