Ərini öldürən qadın bəraət aldı, prokuror isə protest verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərini öldürən qadın bəraət aldı, prokuror isə protest verdi

18:21 - 22 / 04 / 2017
Ərini öldürən qadın bəraət aldı, prokuror isə protest verdi

Bakıda ərini ürəyindən bıçaqlayaraq öldürən 27 yaşlı Nuridə Kərimovanın bəraət alması barədə hökmdən apellyasiya protesti verilib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb.

V.Kərimovun atası, hüquqi varisi Safa Kərimov məhkəməfə gəlini Nuridəni bağışladığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və N.Kərimovaya bəraət verilib. O məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluq isə hökmdən narazı qalıb. Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Fərid Nağıyev hökmdən apellyasiya protesti verib. İş icraata götürülüb və ilkin baxış iclası aprelin 24-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilir.

1news.az

 

Paylaş:
603

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər