Hava xəbərdarlığı-güclü külək əsəcək, yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava xəbərdarlığı-güclü külək əsəcək, yağış yağacaq

13:00 - 22 / 04 / 2017
Hava xəbərdarlığı-güclü külək əsəcək,  yağış yağacaq

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində verilən məlumata görə,  bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz  arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

 Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 15-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 751 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə aprelin 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbərdarlıq

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

1news.az

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər