Fransua Olland prezident seçkilərində səs verib | 1news.az | Xəbərlər
Dünya

Fransua Olland prezident seçkilərində səs verib

13:44 - 23 / 04 / 2017
Fransua Olland prezident seçkilərində səs verib

Fransa prezidenti Fransua Olland ölkədə keçirilən prezident seçkilərində səs verib.

1news.az RİA Novostiyə istinadən xəbər verir ki, Olland seçki məntəqələri açıldıqdan iki saat sonra səs vermək üçün ölkənin cənub-qərbində yerləşən Tyul şəhərinə gəlib. Olland 2001-2008-cı illərdə bu şəhərin meri olub.

Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66 min seçki məntəqəsi faliyyət göstərir.  Seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparır. 

İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turuna qatılacaq. 

Pərvanə Sultanova

 

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər