Donbasda partlayışda ölən ATƏT əməkdaşı Britaniya vətəndaşıdır-Yenilənib | 1news.az | Xəbərlər
Dünya

Donbasda partlayışda ölən ATƏT əməkdaşı Britaniya vətəndaşıdır-Yenilənib

20:51 - 23 / 04 / 2017
Donbasda partlayışda ölən ATƏT əməkdaşı Britaniya vətəndaşıdır-Yenilənib

Ukraynanın Donbas bölgəsində  avtomobilin minaya düşməsi nəticəsində ölən ATƏT əməkdaşının vətəndaşlığı məlum olub.
 
1news.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın deputatı Anton Qeraşşenko bildirib.
 
“ATƏT avtomobilinin minaya düşməsi nəticəsində  ölən şəxs Böyük Britaniya vətəndaşı Cozef Stoundur. Partlayış zamanı həmçinin Almaniya vətəndaşı İva Qnelin kontuziya alıb. O, Luqansk şəhər xəstəxanasına yerləşdirilib", deyə A.Qeraşşenko bildirib.
 

16:45

Ukraynanın Donbas bölgəsində ATƏT-in monitorinq missiyasının avtomobili minaya düşüb.

1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində ATƏT əməkdaşı ölüb.
 
ATƏT missiyası faktı təsdiqləyib. Hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində baş verib.  İki avtomobillə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə onlardan biri ölüb, daha bir nəfər isə  yaralanıb.

ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurts həlak olanların ailələrinə başsağlığı verib və günahkarların  məsuliyyətə cəlb olunacağını bildirib.

Pərvanə Sultanova

Paylaş:
846

Son xəbərlər

Bütün xəbərlər