Fransada seçkilərin ilkin nəticələri:Melanşon liderlik edir
Fransada keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.
1news.az məlumatına görə, prezidentliyə namizəd, sol hərəkatın lideri Jan-Luk Melanşon Fransanın dəniz sahələri ərazilərdə - Sen-Pyer və Mikelon, Martinik və Qvianada hamıdan çox səs toplayıb.
Belə ki, Sen-Pyerdə onun səs faizi 35,45 təşkil edir. Marin Le Pen 18,16, Emmanuel Makron 17,97, Fransua Fiyon 9,32 faiz səs toplayıb.
Martinikdə isə Melanşon 27,36, Makron 25,53, Fiyon 16,85, Le Pen 10,94 faiz səs alıb. Qvianada da Melanşon 24,72 faizlə liderlik edir.
Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66 min seçki məntəqəsi faliyyət göstərir. Seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparır.
İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turuna qatılacaq.
Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.
Pərvanə Sultanova