Qəbələdə qol yağışı: gümüş medalların sahibinin adına aydınlıq gəldi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Qəbələdə qol yağışı: gümüş medalların sahibinin adına aydınlıq gəldi – VİDEO

17:29 - 24 / 04 / 2017
Qəbələdə qol yağışı: gümüş medalların sahibinin adına aydınlıq gəldi – VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

1news.az-ın məlumatına görə, turun son matçı Qəbələdə baş tutub. Belə ki, yerli “Qəbələ” klubu “İnter”i qonaq edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə azarkeşlər 7 qola şahidlik ediblər. Oyunun nəticəsinə gəlincə, “Qəbələ” rəqibini 4:3 hesabı ilə məğlub edərək gümüş medallara sahib çıxıb. Məğlub olan “İnter” isə mövsümü 3-cü pillədə başa vurub. 

Azərbaycan Premyer Liqası

XXVII tur

24 aprel (bazar ertəsi)

“Qəbələ” – “İnter” - 4:3

Qollar: Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake (avtoqol); Tellur Mütəllimov, 90 - Rauf Əliyev, 3, 75; Elnur Abdullayev, 73

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

Turnir cədvəli

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-42

43

4.

Zirə

27

8

10

9

25-28

34

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8

8

11

26-34

32

7.

Neftçi

27

9

3

15

25-42

30

8.

 AZAL

27

1

7

19

13-47

10

Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11 qol, Rauf Əliyev (“İnter”) – 11 qol, Dino Ndlovu (“Qarabağ”) – 9 qol.

Babək Cahandarov

 

Paylaş:
804

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər