Egey dənizində miqrantları daşıyan qayıq batıb | 1news.az | Xəbərlər
Dünya

Egey dənizində miqrantları daşıyan qayıq batıb

18:57 - 24 / 04 / 2017
Egey dənizində miqrantları daşıyan qayıq batıb

Egey dənizində miqrantları daşıyan qayığın batması nəticəsində 6 nəfər həyatını itirib.

Yunanıstan sahil təhlükəsizlik xidmətinin xilasetmə dəstələri qayığın batdığı bölgəyə göndərilib.

Hadisə nəticəsində biri uşaq, dördü qadın olmaqla altı nəfər həyatını itirib. Səhər saatlarında batdığı güman edilən qayıqda neçə nəfərin olduğu bilinmir.

Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Anadolu

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər