“Neftçi” şansını əldən verdi, “Qəbələ” “İnter”ə qarşı | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” şansını əldən verdi, “Qəbələ” “İnter”ə qarşı

09:47 - 24 / 04 / 2017
“Neftçi” şansını əldən verdi, “Qəbələ” “İnter”ə qarşı

Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

1news.az-ın Apasport-a istinadən verdiyi xəbərə görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Hər 3 görüş eyni vaxtda, saat 17:00-da start götürüb.

Çempionluğu vaxtından əvvəl təmin edən “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Kimyaçılar” məğlub olsalar da, Avrokubok şansları son matça qalıb.

Elə “Zirə” – “Neftçi” oyunu da Avrokuboklara vəsiqə verən sonuncu – dördüncü yer baxımından çox vacib görüş idi. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. Üstəlik matçın gedişində oyunçu dəyişikliyi zamanı limit xətasına yol verən “Neftçi”ni texniki məğlubiyyət gözləyir. Bu nəticə ilə şanslarını itirən paytaxt təmsilçisi çempionatın son turunu formallığa çevirib.

AZAL-ın qonağı olan “Kəpəz” son turlardakı uğurlu nəticələrinə birini də əlavə edib. Gəncəlilər 2:1 hesablı qələbəyə sevinərək Avrokubok iddiasını davam etdirib.

Qeyd edək ki, tura bu gün baş tutacaq “Qəbələ” – “İnter” qarşılaşması ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşə saat 14:30-da start veriləcək və “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XXVII tur

23 aprel (bazar)

“Qarabağ” – “Sumqayıt” - 2:1

Qollar: Muarrem, 12, Elşən Abdullayev, 82 - Amil Yunanov, 83

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

Suraxanı qəsəbə stadionu

 

“Zirə” – “Neftçi” - 2:2

Qollar: Təmkin Xəlilzadə, 42, Riçard Qadze, 63 - Herrera, 34, Seqovia, 90

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə Olimpiya İdman Kompleksinin stadionu

 

AZAL – “Kəpəz” - 1:2

Qollar: Frank Madu, 82 - Serjio Kosta, 35, 41

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Şaiq Həmidov

“AZAL Arena”

 

Turnir cədvəli

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

26

13

10

3

43-16

49

3.

İnter

26

11

10

5

36-28

43

4.

Zirə

27

8

10

9

25-28

34

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8

8

11

26-34

32

7.

Neftçi

27

9

3

15

25-42

30

8.

 AZAL

27

1

7

19

13-47

10

 

Babək Cahandarov

 

Paylaş:
752

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər