Kibrit, mirvari və badam üzərində sənət nümunəsi – FOTO | 1news.az | Xəbərlər
Dünya

Kibrit, mirvari və badam üzərində sənət nümunəsi – FOTO

09:54 - 24 / 04 / 2017
Kibrit, mirvari və badam üzərində sənət nümunəsi – FOTO

New Yorkun ArtExpo incəsənət məkanında türk rəssam Həsən Kalenin əsərləri nümayiş olunub.

Bu haqda TRThaber-in yaydığı məlumatda deyilir.

İndiyədən 350-dən çox əsər yaratmış rəssamın digər həmkarlarından fərqləndirən xüsusiyyət onun əsərlərini çox xırda, mikro sənət olmasıdır. “Əncir tumununda əsər yaradan adam” ləqəbli rəssamın əsərlərini böyüdücü şüşə ilə görmək olur.

Rəssam iyirmi bir ildir ki, mikro sənətlə məşğul olur. Onun əsərləri içərisində kibrit dənələri üzərində Enişteyn, Dali və Çaykovskinin portetləri, badamın üzərində işlədiyi İstanbulun panoramasını, mirvari üzərində günbatımını sərgiyə gələnlərin çox böyük diqqətini çəkib.

S.Xankişiyeva

Paylaş:
930

Son xəbərlər

Bütün xəbərlər