“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2651 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, quyu məhsuldar qat çöküntülərinin qirməki altı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1392-1387 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.
1news.az
608